“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın 22 yaşlı hücumameyilli yarımmüdafiəçisi Koul Palmeri qiymətləndirib.
Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Dünən Koul məşq etməyib, bu gün isə meydana çıxaraq, klubun Çempionlar Liqasına düşməsi üçün yardımçı ola biləcəyi haqda soruşdu. Bu, onun, klubu olması gərək olan yerə qaytarmaqla bağlı necə böyük bir istəyə malik olduğunun göstəricisidir”, deyə Mareska məmnunluqla bildirib.
Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 14 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 77 oyun keçirib, 39 qol vurub, 21 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.