AZ

"İSTƏSƏM, RUSİYANI MƏHV EDƏRƏM..." - Tramp Moskvanı da təhdid etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə təmaslar barədə suallara cavab verərkən Moskvanı təhdid edib.

Hurriyyet.az xəbər verir ki, Tükiyənin "CNN Türk" və "Hürriyət" nəşrlərinin ABŞ nümayəndəsi Yunus Paksoyun verdiyi  məlumata görə, Tramp Moskvadan tez cavab gözlədiyini vurğulayıb

"İstəsəm, Rusiyanı məhv edə bilərəm. Rusiyanı maddi cəhətdən məhv edə bilərik, amma bunu istəmirəm" - deyə,Tramp Moskvanı təhdid edib.

ABŞ prezidenti qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: "Burada əvvəllər sülh istəməyən biri var idi (Zelenskini nəzərdə tutur - red.), indi bunu qəbul edir. Hazırda Rusiyaya gedən nümayəndə heyətimiz var. Ümid edirəm ki, atəşkəsə nail olacağıq. İndi hər şey Rusiyadan asılıdır. Ümid edirəm ki, Rusiyadan atəşkəs əldə edə bilərik. Buna nail ola bilsək, burada sülhə gedən yolun 80 faizini tamamlamış olarıq. Rusiyadan müsbət mesajlar aldım, amma müsbət mesaj heç bir məna kəsb etmir. Əgər atəşkəsi qəbul etməsələr, bu, çox ciddi bir vəziyyət olacaq. Bu müharibə Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək müharibədir. Bu vəziyyətə ABŞ-nin keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm".

AzPolitika.info

Seçilən
11
4
hurriyyet.az

5Mənbələr