"Rəqiblərimiz AFFA tərəfindən danışıqlar vasitəsilə seçilir".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azəbaycan futbol yığmasının baş məşqçisi Fernandu Santuş bu gün AFFA-nın inzibati binasında keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis martın 22-də yoldaşlıq görüşü keçirmək üçün niyə məhz Haitini seçməklərinin səbəbi barədə danışıb: "Haiti milli komandası okeanın o biri tayında olan ölkənin təmsilçisidir. Çox yaxşı oyunçulardan ibarət yığmadır. Keyfiyyətli futbolçuları var. Güclü çempionatlarda oynayırlar. Heç də zəif rəqib deyillər".

Qeyd edək ki, Azərbaycan - Haiti görüşü Sumqayıtda keçiriləcək.