AZ

Kanadadan Suriyaya jest: 6 ay müddətinə...

Kanada Suriyaya qarşı maliyyə sanksiyalarını 6 ay müddətinə yumşaltmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə bəyanat Kanada hökumətinin portalında dərc edilib.

"Kanada Suriyaya yeni humanitar maliyyə yardımı üçün 84 milyon dollar ayırır. Altı ay müddətinə mövcud sanksiyaları yumşaltmaq üçün addımlar atılır", - deyə bəyanatda qeyd olunur.

Bəyanata görə, altı ay ərzində istənilən kanadalı şəxs və ya qurum, o cümlədən ölkə hüdudlarından kənarda “demokratikləşməni, sabitləşməni və Suriya daxilində yardımın çatdırılmasını dəstəkləmək üçün” pul əməliyyatları və əlaqəli maliyyə xidmətləri həyata keçirə bilər. Kanadalılara Kanada sanksiyaları altında olan yeddi dövlətə məxsus Suriya bankı vasitəsilə bunu etməyə icazə verilir.

Seçilən
2
publika.az

1Mənbələr