Rusiya Prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin bölgədəki bəzi əraziləri ələ keçirməsindən sonra ilk dəfə Rusiyanın qərbindəki Kursk bölgəsinə səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hərbi geyimdə olan Putin Kursk vilayətində rus qoşunlarının istifadə etdiyi idarəetmə mərkəzinə baş çəkib.
Putin Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun hesabatını dinləyib və o, ona bildirib ki, Kursk bölgəsindəki Ukrayna qoşunları hazırda mühasirəyə alınıb.
Xəbər agentliklərinin məlumatına görə, Putin bildirib ki, Rusiya qüvvələri tezliklə regionu Ukrayna qoşunlarından tamamilə azad etməlidir.
Putin deyib ki, Rusiya Kursk vilayətində əsir götürülən ukraynalı əsgərlərə terrorçu kimi baxmalıdır.
Firuzə Əliyeva