AZ

Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV Kubokuna təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. SİA AVF-nin mətbuat xidmətinə istinadən xəbər veir ki, mütəxəssis qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində baş tutacaq “İstanbul" (Türkiyə) - “Novara" (İtaliya) qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Bu gün İstanbulda keçiriləcək cavab oyununun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloriya Suto Ximenes olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Seçilən
24
3
sia.az

4Mənbələr