Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi və 14 fiziki şəxsə verilmiş sığorta agenti lisenziyasının qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi nəzərə alınaraq bu gün qəbul olunub.
Lisenziyasının qüvvəsi müvəqqəti dayandırılmış sığorta vasitəçiləri aşağıdakılardır: