AZ

Santuş AFFA-nın qərarlarını şərh etdi: Futbolçulara oruc tutmağa icazə veriləcək?

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəfə milliyə Birinci Liqadan oyunçu dəvət etdiniz. Şahin Şahniyarovu hansı üstünlüklərinə görə milliyə cəlb etmisiz?

- Onda çox keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orada bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin də keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir.

- Haiti ilə oynamaq kimin seçimi idi?

- Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil.

- Emin Mahmudovu zədəyə görə çağırmadınız? Zədəli olmasaydı, milliyə dəvət edəcəkdiniz?

- Yalnız Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Zədə və fiziki cəhətdən yaxşı olmadıqları üçün dəvət edilməyiblər.

- Legioner limitinin ləğvi ilə bağlı fikiriniz necədir? Bu qərar gələcək işlərinizə necə təsir edəcək?

- Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır. Amma başqa qərar da verilib, komanda sayı artırılıb. Qarşıdakı aylarda görəcəyik ki, bu qərarların nəticəsi bizim üçün necə olacaq.

Seçilən
4
2
publika.az

5Mənbələr