COP29 tədbirinin keçirilməsi Azərbaycan üçün böyük bir uğur idi. Biz bu forumda çoxtərəfli dialoqun inklüziv mexanizm kimi əhəmiyyətini bir daha təsdiqləyirik. Çağırışları fürsətlərə çevirmək şüarı sadəcə bir məqsəd deyil, bu bir zərurətdir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Albaniya Prezidenti vurğulayıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artan qeyri-müəyyənlik fonunda ümid mesajlarını çatdıran mühüm bir forumdur.