AZ

“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

Bakı. Trend:

Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsrailinAzərbaycanla diplomatik və müdafiə sahəsində əməkdaşlığından dərsalmalıdır. Azərbaycanla sıx əlaqələr Orta Asiya ölkələri arasındaABŞ-nin mövqeyini möhkəmləndirməyə kömək olar. Bu, ABŞ üçünxüsusilə vacibdir, çünki minerallar və enerji resursları ilə zənginOrta Asiya Rusiyadan və İrandan yan keçən, Asiyadan Avropaya gedənticarət yoluna – Orta Dəhlizə ev sahibliyi edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi vəbaş direktoru, siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-nintanınmış beyin mərkəzi “Atlantik Şura”ya (Atlantic Counsil)istinadən İsrailin populyar nəşri “Israil National News”da dərcolunmuş məqaləsində yazıb.

“Azərbaycan və “İbrahim razılaşması”nın genişlənməsi” başlıqlıməqalədə İsrailin baş naziri Benyamin Netanyahu ilə AzərbaycanPrezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev arasındakeçirilən son görüşə də toxunulub. İki ölkə arasında əməkdaşlığındavam etdirilməsi və genişləndirilməsi, xüsusilə də Yaxın Şərqdəsülh və əməkdaşlıq platforması olan “İbrahim razılaşması”naAzərbaycanın qoşulması kimi məsələlərə dair müzakirələrinaparıldığı diqqətə çatdırılıb.

Azərbaycanın otuz il ərzində müsəlman dünyasında İsrailin ənetibarlı tərəfdaşı olduğunu qeyd edən müəllif ölkəmizin regionaltəhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyətini vurğulayıb.Yazıda İsrailin məşhur beyin mərkəzi “Begin-Sadat StratejiAraşdırmalar Mərkəzi”nin son araşdırmasına da istinad edilib:“İsrail və ABŞ-dəki İsrailyönlü qüvvələr inkişaf, investisiya vətexnoloji əməkdaşlıq üzrə ABŞ-İsrail regional tərəfdaşlığınaAzərbaycanın daxil edilməsini fəal şəkildə dəstəkləməlidir.”

Həmçinin qeyd olunub ki, 2020-ci ildə “İbrahim razılaşması”imzalanandan etibarən İsrail Mərakeş, Bəhreyn və Birləşmiş ƏrəbƏmirlikləri ilə əməkdaşlıq edir. Yəhudi dövləti bu yaxınlardamüdafiə, süni intellekt və kibertəhlükəsizlik sahələrində Mərakeşvə ABŞ ilə üçtərəfli əməkdaşlığa başlayıb. Məqsəd bu əməkdaşlığıİsraillə əlaqələri olan Körfəz ölkələrinə də genişləndirməkdir.Müəllif bu qənaətdədir ki, əgər İsrail müsəlman dünyası ilə“İbrahim razılaşması” çərçivəsində əməkdaşlığını Azərbaycanı daəhatə edəcək şəkildə genişləndirsə, bu, digər müsəlman ölkələrininsözügedən təşəbbüsə münasibətini müsbət istiqamətdə dəyişdirəcək.Nəticə bölgədə sülh və sabitliyin bərqərar olmasına mühüm töhfəverəcək.

“Heç bir ölkə İsrail və yəhudi xalqı ilə unikal tarixi əlaqələrəmalik müsəlman ölkəsi Azərbaycan qədər uyğun deyil ki, “İbrahimrazılaşması”ndan irəli gələn əməkdaşlığa qoşulsun və onun YaxınŞərq, Afrika və Asiyanın digər müsəlman ölkələrinə yayılması üçünsəyləri birləşdirsin. “İbrahim razılaşması” genişləndikcəAzərbaycan İsrailə adıçəkilən bölgələrdəki müxtəlif oyunçularlaəməkdaşlığı necə istiqamətləndirmək barədə məsləhətlər verə bilər.Unutmaq olmaz ki, Azərbaycan diplomatik baxımdan mürəkkəb dövrlərdəbelə həmişə İsrailə loyal münasibət sərgiləyib”, - sonda müəllifqeyd edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.israelnationalnews.com/news/404924

Seçilən
33
1
az.trend.az

2Mənbələr