Xüsusi hərbi əməliyyat zonasında gecə sürmək üçün sistemin tətbiqinə başlanılıb.
Herbiand.az bildirir ki, bu barədə Elmi-İstehsalat Müəssisəsinin nümayəndəsi İqor Potapov xəbər verib.
“Multispektral görmə sistemi artıq xüsusi hərbi əməliyyat zonasında istifadə olunur. Bu, avtomobilin damında və ya kapotunda quraşdırılmış kamera blokudur”, - Potapov bildirib.
Onun sözlərinə görə, eynəklərin çəkisi 130 qramdır və operatora işıqlar sönəndə yolu görməyə imkan verir.
Potapov əlavə edib ki, sistem xüsusi hərbi əməliyyat zamanı öz effektivliyini nümayiş etdirib: “Sistem heç bir şəkildə düşmənin elektron kəşfiyyatı tərəfindən aşkar edilmir”.
Bəxtiyar CƏFƏRLİ