AZ

Kanada hökumətinin üzvü Nigar Cəbiyevanı medalla təltif etdi

Kanada hökumətinin üzvü, Toronto şəhərinin mərkəzi bölgəsindən millət vəkili Yaara Saks KAŞ - Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) İdarə Heyətinin üzvü Nigar Cəbiyevanı “Kral III Çarlz Tacqoyma Medalı” ilə təltif edib.

Publika.az xəbər verir ki, medalın təqdimetmə mərasimində çıxış edən xanım Yaara Saks Kanada azərbaycanlılarının möqeyinin aktiv şəkildə Kanada ictimaiyyətinə çatdırılması və icma quruculuğu işlərində, eləcə də tolerantlıq və inklüzivliyin təşviqi layihələrində Nigar Cəbiyevanın aktiv iştirakını qeyd edib və alqışlayıb.

Kral III Çarlzın Tacqoyma medalı ictimaiyyətə, ölkəyə və ümumilikdə insanlığa misilsiz xidmət göstərən şəxslərə təqdim edilən xüsusi bir mükafatdır. Kral təltifləri ənənəsinin bir hissəsi kimi bu medal, fədakarlıq, dözümlülük və ictimai xidmət dəyərlərini özündə əks etdirən şəxsləri önə çəkir. Bu nüfuzlu təltif, Nigar Cəbiyevanın uzun illər ərzində fəaliyyətinin əhəmiyyətini vurğulayır və onun icma fəallığının rəsmi təsdiq edir.

Kanada Azərbaycanlıları Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların möqeyinin ölkə ictimaiyyətinə çatdırılması, dövlət və yerli hökumət orqanları qarşısında səsləndirilməsi məqsədilə yaradılıb. 44 günlük müharibə ərzində, eləcə də sonrakı illərdə Kanada mediasında Azərbaycana qarşı yazılmış və səsləndirilmiş əsassıs tənqidlərə tutarlı cavablar verib, televiziya proqramları və məqalələrlə Azərbaycanın haqlı möveqyini ortaya qoyub. KAŞ-ın təşəbbüsü və aktiv fəaliyyəti nəticəsində 2022-ci ildə Kanada hökuməti rəsmi olaraq Xocalı qətliamını tanıyıb. 2023-cü ilin yanvarında isə KAŞ İdarə Heyəyinin sədri Kanada parlamentində Azərbaycan əleyhinə təşkil edilmiş dinləmələrdə Azərbaycanın mövqeyini əks etdirən təqdimatla çıxış edib.

Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.

Seçilən
3
1
publika.az

2Mənbələr