1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Dəyişikliklə rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyəti genişləndirilib. Bundan sonra nazir dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, büdcədənkənar vəsaitin dətəyinatı üzrə xərclənməsini təmin edəcək.
Bundan başqa, fərmanla tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.