AZ

“Yaxşı komandamız var, öz işimizi yerinə yetiririk, oynayırıq”

"Sabah"a qalib gəldiyimiz üçün şadam, biz oyunda diqtə edən tərəf idik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Şamaxı"nın müdafiəçisi Vladislav Veremeyevə məxsusdur.

Ukraynalı komandasının Premyer Liqanın 26-cı turunda "Sabah"a 1:0 hesabıyla qalib gəlməsini şərh edib:

“Özümüzü yaxşı tərəfdən göstərdik. Fikirmcə, qələbəyə layiq oyun nümayiş etdirdik.

Bizim çox yaxşı komandamız var. Öz işimizi yerinə yetiririk, oynayırıq. Bu da nəticəni gətirir".

Bölgə klubunun oyunçusu növbəti turda qarşılaşacaqları "Araz-Naxçıvan"la görüşdən gözləntilərini də açıqlayıb:

"Sabah"la görüşə necə hazırlaşmışdıqsa, "Araz-Naxçıvan"la matç da bundan geri qalmayacaq.

Xüsusi bir şey yoxdur, rəqibi analiz edəcəyik. Məşqçilər korpusu bizə rəqibin zəif və güclü tərəflərini göstərəcək.

Adi qaydada hazırlaşacağıq. Təbii ki, bu görüşdə də uğurlu nəticə üçün oynayacağıq".

"Şamaxı" martın 14-də "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan"ın qonağı olacaq və görüşə 19:00-da start veriləcək.

Seçilən
1
sportinfo.az

1Mənbələr