AZ

Fransada Ukraynanı dəstəkləyən qətnamə qəbul edilib » AzadMedia.az


Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Ukraynanın dəstəklənməsi üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və Kiyevin dəstəklənməsinə çağıran qətnamə qəbul edib.

Qətnamə simvolik xarakter daşıyır.

Sənədin lehinə 288 deputat səs verib, 54 parlament üzvü isə əleyhinə çıxıb.

Qətnaməni xüsusilə prezident partiyası "Renessans"ın deputatları, sosialistlər, "Ekoloqlar", sağçı "Respublikaçılar" partiyası və 2017-2020-ci illərdə baş nazir vəzifəsində çalışmış keçmiş baş nazir Eduard Filippin "Horizons" partiyasının parlament üzvləri dəstəkləyiblər. Solçu "Tabe olmayan Fransa" və Fransa Kommunist Partiyası əleyhinə səs verib. Marin Le Penin rəhbərlik etdiyi sağçı "Milli Birlik" fraksiyasının deputatları bitərəf qalıblar.

Ukraynaya yardımla yanaşı, qətnamə həmçinin Avropa İttifaqını müstəqil Avropa müdafiəsinin qurulmasına çağırır.
Seçilən
8
4
azadmedia.az

5Mənbələr