AZ

Mingəçevirdə kütləvi DAVA OLDU: Dörd nəfər xəsarət aldı

Mingəçevir şəhəri, Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birilərinə qarşılıqlı xəsarət yetiriblər.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb.
 
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.
 
Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Seçilən
8
14
moderator.az

10Mənbələr