AZ

"Akkord'un törəmə şirkəti müflis oldu - Dövlətə 1,2 milyon manat vergi borcu

"Akkord"un törəmə şirkəti olan "Akkord Hidrotexnikal Construction Company" MMC müflis elan edilib.

Valyuta.az-ın məlumatına görə, şirkət Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən müflislik vəziyyətinə salınıb.

Aktivlərinin müəyyənləşdirilməsi üçün əmlak inzibatçısının təyin edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Məhkəmənin iclası 11 martda keçirilib.

Əlavə olaraq, şirkətin dövlət qarşısında böyük miqdarda vergi borcu olduğu da bəlli olub. Vergi borcu 1 201 477,75 manat təşkil edir.

Qeyd edək ki, "Akkord Hidrotexnikal Construction Company" 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 274 541 manat olub və qanuni təmsilçisi Şahin Şirinovdur.

Maya Hüseynova

Seçilən
8
valyuta.az

1Mənbələr