AZ

Ərdoğan: Ankara Kiyev-Moskva danışıqlarını təşkil etməyə hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın baş naziri Donald Tusk ilə Ankarada görüşündən sonra bildirib ki, Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkilində iştirak etməyə hazırdır.

Paralel.az xəbər verir ki, bu barədə prezident Ərdoğan X (tvitter) sosial şəbəkəsində yazıb.

“Türkiyənin bu müharibə ilə bağlı mövqeyi ilk gündən çox aydındır. Biz daha çox qan tökülməsini istəmirik və hər iki qonşunun müharibəni ədalətli sülhlə başa vurmasını istəyirik.

Əgər son hadisələr Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasına imkan versə, biz ədalətli və davamlı sülhün bərqərar olmasına, o cümlədən danışıqların təşkilinə hər cür töhfə verməyə hazırıq”, - Ərdoğan qeyd edib.

Mürtəza
Paralel.az

Seçilən
0
4
paralel.az

6Mənbələr