AZ

Ani Lorak gizli şəkildə ərə getdi

Rusiyanın Əməkdar artisti Ani Lorak gizli şəkildə ərə gedib.

OLAY yazır ki, sənətçi sevgilisi, ispaniyalı yoqa təlimçisi İsaak Vijraku ilə gizli şəkildə evləniblər. 

Bununla bağlı Ani instaqram səhifəsində paylaşım edib. 

“Həyatımızdakı bu gözəl hadisəni sizinlə bölüşməyə tələsirik!” – deyə, Lorak yazıb.

Məlum olub ki, sevgililər bir il əvvəl Mayorkada evləniblər.

Onlar bu hadisəni uzun müddət gizli saxlayəblar. Həmin gün onlara dəstək olmaq üçün müğənninin qardaşı və İsaakın qızı gəlib. 

Qeyd edək ki, Ani Lorak İsaakla münasibət qurmazdan əvvəl türkiyəli iş adamı Murat Nalçacıoğlu ilə evli olub. Onların Sofiya adlı 13 yaşlı qızı var. 2019-cu ildə cütlük boşandıqlarını açıqlayıblar.


Seçilən
4
olay.az

1Mənbələr