AZ

“Vitse-prezidentin corablarından çox təsirləndim...” – Tramp bu dəfə də onun geyimini ələ saldı + VİDEO

Ötən gün İrlandiyanın Baş naziri Maykl Martinlə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş zamanı maraqlı anlar yaşanıb.

“AzPolitika” xəbər verir ki, ikilinin birgə mətbuat konfransı zamanı Trampdan qəribə bir açıqlama gəlib.

Köməkçisi J.D Vensin corabına ilişən Tramp diqqətini cəmləməkdə çətinlik çəkdiyini bildirib.

“Mən diqqətimi cəmləməyə çalışıram, amma corablarınız məni çox heyran etdi. Bu corabları bəyəndim. Diqqətimi toparlamağa çalışıram, amma vitse-prezidentin corablarından çox təsirləndim”, - deyən Tramp köməkçisinin corablarına nəzər salıb.

Həmin anlar zalda olanların gülüşünə səbəb olub.

Vens daha sonra sosial media hesabında hadisənin videosunu paylaşaraq, “Bilirdim ki, bu corablara rəy bildirəcəksən”, -deyə yazıb.

“AzPolitika.info”

Seçilən
3
azpolitika.info

1Mənbələr