AZ

Süleyman Alluşa 4 oyunluq cəza

AFFA İntizam Komitəsi “Səbail”in futbolçusu Süleyman Alluşu cəzalandırıb.

Msport.az xəbər verir ki, buna səbəb onun Premyer Liqanın 26-cı turunda “Zirə” ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi olub.

Alluş buna görə qarşıdakı 4 turu buraxmalı olacaq. “Səbail” isə 3000 manat cəriməyə məruz qalıb.

“Sumqayıt”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 ziyana düşüb.

“Neftçi” ilə oyunda rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Turan Tovuz”un üzvü Emmanuel Hakman isə 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimələnib.

Seçilən
25
msport.az

1Mənbələr