AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına Ukraynada münaqişənin ikinci-üçüncü günündə preizdent Salome Zurabişvili ilə görüşündən danışıb.
“Onun ilk sözləri bu oldu: “Siz nə istəyirsinzi?” Heç salamlaşmaq da yox idi. O, dedi ki, Zelenski qəhrəmandır və biz də belə olmalıyıq. Müasir siyasətdə əsas qəbul edilməkdir”,- Gürcüstanın baş naziri deyib.
Bunun cavabında Kobaxidze bildirib ki, minlərlə ölən ukraynalı və onların ailə üzvləri üçün əsas şey qəbul edilmək yox, faktdır. Bundan sonra Gürcüstan hökumətinin ünvanına kobud zənglər və sanksiyalar gəlib. Zurabişvili ilə danışmağın mənası olmadığı aydınlaşandan sonra hökumət başçısı onunla bütün ünsiyyəti dayandırıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta