Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsialtında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı iləBakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışlarınfürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini paneliclaslarla davam etdirir.
Trend xəbərverir ki, Gürcüstanın Baş nazirinin sabiq müavini EkaTkeşelaşvilinin moderatorluğu ilə keçirilən “Geosiyasi dəyişmələr:Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasındaəvvəlcə Avropa İttifaqı Şurasının sabiq Prezidenti, Belçikanınkeçmiş Baş naziri Şarl Mişel çıxış edəcək.
İclasda, həmçinin Latviyanın sabiq Prezidenti, Nizami GəncəviBeynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın, AzərbaycanRespublikası Prezidentinin köməkçisi - PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevin, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyəninsabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun, Çin HökumətininAvropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi, BMT Baş katibininiqtisadi və sosial məsələlər üzrə sabiq müavini, Çinin Almaniyadakıkeçmiş səfiri Vu Honqbonun, ARTOC İnvestisiya və İnkişaf Qrupununsədri və icraçı direktoru Şafik Qabrin, Yunanıstan Baş nazirininnümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxiliişlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmişxarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulosunçıxışları dinləniləcək.