AZ

AFFA-dan Misli Premyer Liqasında çıxış edən 5 oyunçuya cəza

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 26-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın 97 nömrəli futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyunluq cəzalandırılıb. Klub isə 3000 manat cərimə edilib. Sınaq müddəti olaraq 3 ay təyin edilib.

Həmin oyunun 83-cü dəqiqəsində “Qarabağ”ın 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb, Ağdam təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Bu görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə  1 oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Eyni qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.

“Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” klubunun 14 nömrəli futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb. “Səbail” 3000 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

“Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimələnib.

Seçilən
1
6
teleqraf.com

7Mənbələr