İranın xarici işlər naziri Abbas Əraqçi Donald Trampdan məktub aldığını təsdiqləyib.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, mesajı BƏƏ prezidentinin diplomatik müşaviri doktor Məhəmməd Ənvər Qarqaş çatdırıb.
“Biz ABŞ prezidentindən məktub aldıq", - deyən Əraqçi Tehranın mövqeyini təkrarlayıb: Vaşinqton danışıqlar prosesini təhdidlər olmadan davam edəcəyinə zəmanət verməsə, onunla birbaşa dialoq mümükün olmyacaq.
Nazir vurğulayıb ki, Tehran "şərəfli, ağlabatan və məqsədəuyğun" danışıqlar aparmaq istəyir.
Bir gün əvvəl İranın lideri Ayətullah Xamnəi bildirib ki, ABŞ hökumətinin İranla nüvə proqramı ilə bağlı danışıqlara hazır olması ilə bağlı sözləri Vaşinqton haqqında dünyanın ictimai rəyini yaxşılaşdırmağa yönəlmiş hiylədir.
O əmin edib ki, Tehran nüvə silahı yaratmaq niyyətində deyil: "Nüvə silahını əldə etməmə izim qərarımızdır, əgər onu əldə etmək istəsəydik, bizi dayandıra bilməzdilər".
"Cebheinfo.az"