AZ

Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı 2,1 dəfə azalıb

Ötən il Azərbaycandan Gürcüstana 1,1 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.

Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 58,3 milyon ABŞ dolları təşkil edib.

Gürcüstana elektrik enerjisi ixracı əvvəlki illə müqayisədə həcm ifadəsi ilə 934 milyon kVt/saat və ya 45,1%, dəyər ifadəsi ilə 63,1 milyon ABŞ dolları, yaxud da 2,1 dəfə azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycandan Gürcüstana 2,1 milyard kVt/saat həcmində, 121,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Fuad Mədətov
Finss.az

Seçilən
12
2
fins.az

3Mənbələr