Polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında 14 kiloqram narkotik vasitə aşkarlayıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.