Holistik qidalanma insanın bədən, zehin və ruh sağlamlığını bir bütöv kimi nəzərə alaraq, təbii və emal olunmamış qidaların istehlakına üstünlük verən qidalanma modelidir.
Pravda.az bildirir ki, bu yanaşma orqanizmin ehtiyac duyduğu ən yüksək qida dəyərlərini təmin etməklə yanaşı, zehni və emosional balansı da dəstəkləyir.
Holistik qidalanmanın faydaları
Holistik qidalanma təbii qidaların istehlakını təşviq edərək orqanizmin kimyəvi maddələrdən qorunmasını təmin edir.
Bu qidalanma tərzi:
Bədənin təbii immun sistemini gücləndirir,
Enerji səviyyəsini artırır,
Həzm sistemini yaxşılaşdırır,
Ümumi sağlamlığı dəstəkləyir,
Zehni və emosional balansı qoruyur.
Bundan əlavə, bu qidalanma prinsipləri təkcə nə yeyilməli olduğunu deyil, həm də niyə bu qidaların seçilməli olduğunu izah edir.
Holistik qidalanma necə tətbiq olunur?
Bu qidalanma tərzi pəhriz proqramı deyil, ümumi həyat keyfiyyətini artırmağı hədəfləyən bir yaşam tərzidir. Onun əsas prinsipləri aşağıdakılardır:
Fərdi qidalanma planı – Hər kəsin orqanizmi və ehtiyacları fərqlidir, buna görə də qidalanma planı fərdi xüsusiyyətlərə uyğun hazırlanmalıdır.
Təbii və emal olunmamış məhsulların seçilməsi – Qidalanma zamanı mümkün qədər təbii və qatqısız məhsullara üstünlük verilməlidir.
Holistik sağlamlıq izlənməsi – Müntəzəm tibbi müayinələr və fərdi ehtiyaclara uyğun qida əlavələri ilə orqanizmin balansı qorunmalıdır.
Sosial qidalanma yanaşması – Yemək prosesi yalnız bədəni deyil, ruhu da qidalandırmalıdır.
Holistik qidalanmada hansı qidalar istehlak edilməlidir?
Holistik qidalanma zamanı əsas diqqət balanslı və təbii qida mənbələrinə yönəldilir. Bu qidalar arasında:
Bitki mənşəli proteinlər – Yaşıl yarpaqlı tərəvəzlər və paxlalılar,
Təbii karbonhidrat mənbələri – Tam taxıllar
Sağlam yağlar – Zeytun yağı, avokado yağı və qoz-fındıq,
Vitamin və minerallar – Liflə zəngin olan təzə tərəvəz və meyvələr.
Holistik qidalanmada hansı məhsullardan uzaq durmaq lazımdır?
Holistik qidalanma bədənin təmiz və balanslı qalmasını hədəflədiyindən bəzi məhsulların istehlakı məhdudlaşdırılmalıdır:
Rafinə olunmuş şəkər və süni dadlandırıcılar,
Emal olunmuş və konservləşdirilmiş qidalar,
Süni qatqılar və GMO tərkibli məhsullar,
Həddindən artıq duz və yağ tərkibli məhsullar.
Holistik qidalanma arıqlamağa kömək edirmi?
Bu qidalanma modeli arıqlamaq istəyənlər üçün də faydalıdır. Orqanizmin su balansını qorumaq, metabolizmanı sürətləndirmək və sağlam qidalarla qidalanmaq arıqlama prosesini dəstəkləyir. Şəkər və süni içkilərdən imtina edərək təbii içkilərə – badam südü, hindqozu südü, təbii tərəvəz və meyvə şirələrinə üstünlük vermək bədənin sağlamlığını qorumağa və çəki itirməyə kömək edir.
Qeyd: Holistik qidalanma təkcə pəhriz deyil, sağlam və balanslı həyatın əsasını təşkil edən qidalanma yanaşmasıdır. Sağlam qalmaq üçün təbii və qatqısız qidalar istehlak etmək vacibdir.
Əminə Bayramova