AZ

“Çelsi”nin seriyası 7 oyuna çatdı - ŞƏRH

Martın 6-da keçirilən oyunlarla Konfrans Liqasında (KL) 1/8 finalın həyəcanı başladı. Bu mərhələnin ilk matçları məhsuldar alındı: qapılara ümumilikdə 24 qol vuruldu ki, bu da hər oyuna orta hesabla 3 qol deməkdi.

Xatırladaq ki, vahid liqa mərhələsinin yekun cədvəlində ilk 8 yeri tutan “Çelsi”, “Gimaraynş”, “Fiorentina”, “Rapid”, “Yurqorden”, “Luqano”, “Legiya” və “Serkl Brügge” birbaşa 1/8 finala vəsiqə qazanıb. Reqlamentə əsasən, əsas mərhələni 9-24-cü yerlərdə başa vuranlar isə pley-off oyunlarında iştirak edib. Fevralda keçirilən oyunların 8 qalibi – “Betis”, “Kopenhagen”, “Borats”, “Pafos”, “Yagelloniya”, “Selye”, “Panatinaikos” və “Molde” də 1/8 finala çıxıb.

Bu mərhələdə iştirakı hələ liqa mərhələsinin sonuncu – 6-cı turu ərəfəsində rəsmiləşən “Çelsi” maksimum nəticə göstərən yeganə komandadı. İngiltərə klubunun pley-offda Almaniya təmsilçisi “Haydenhaym”ı üstələyən “Kopenhagen”lə səfər matçı maraqlı alındı. Cütün və turnirin favoriti sayılan londonlular ilk yarıda qapıya yol tapa bilməsələr də, fasilədən sonra ardıcıl iki qol vurdular. Amma təslim olmayan Danimarka nəhəngi sona yaxın fərqi azaltdı. Bununla da “Çelsi”nin KL-dəki qələbə seriyası 7 oyuna çatdı.

İspaniyadakı matça maraq da az deyildi. Maraqlıdı ki, “Betis” – “Gimaraynş” oyununun da ilk yarısı qolsuz başa çatdı, amma ikinci hissədə 4 qol vuruldu. Ev sahibləri iki dəfə hesabda önə keçsələr də, Portuqaliya klubu hər dəfə cavab qolunu vurmağa müvəffəq oldu. “Gimaraynş” vahid liqada təsadüfən 2-ci yeri tutmadığını əyani göstərdi. Maraq üçün “Betis”in yekun cədvəli 15-ci yerdə başa vurduğunu da xatırladaq.

Əsas mərhələdə topların daha yaxşı fərqinə əsasən 3-cü yeri tutan “Fiorentina”nın 1/8 finaldakı startı uğursuz alındı. KL-in son iki mövsümünün finalçısı Afinada “Panatinaikos”a 2:3 hesabıyla uduzdu.

Artıq “Yagelloniya” böyük ölçüdə növbəti rəqibi haqda düşünə bilər. Polşanın son çempionu evdə “Serkl Brügge”ni 3:0 hesabıyla məğlub etdi. Dubl edən 25 yaşlı anqolalı hücumçu Afimiko Pululu turnirdəki qollarının sayını 8-ə çatdıraraq bombardirlərin siyahısında vahid liderliyi ələ aldı.

1/8 final, ilk oyunlar
Kopenhagen (Danimarka) – Çelsi (İngiltərə) 1:2

Qabriel Pereyra, 80 – Ceyms, 47. Fernandes, 65.
Çelsi: Sançes, Qüsto (Kukurelya, 25), Badyaşil (Koluill, 46), Adarabioyo, Çaloba, Ceyms, Kaysedo (Fernandes, 46), Dyusberi-Holl, Palmer (Sanço, 72), Corc, Meuka (Nkunku, 46).

Betis (İspaniya) – Gimaraynş (Portuqaliya) 2:2
Bakambyu, 48. İsko, 75 - Joao Mendeş, 51. Oliveyra, 81.
Betis: Vieytes, Perro, Natan, Bartra, Ruibal, Altimira (Fornals, 63), Kardoso (Flores, 77), X.Rodriges (Ezzalzuli, 77), İsko, Antoni, Bakambyu (Avila, 80).
Gimaraynş: Varela, Mendeş, Vilyanueva, Borevkoviç, Evertton (Maqa, 67), Hendel, Tyaqo Silva, Nunu Santuş, Joao Mendeş (Samu, 67), Embalo (Arkanju, 77), Oliveyra (Ndembo-Mişel, 88).

Panatinaikos (Yunanıstan) – Fiorentina (İtaliya) 3:2
Sviderski, 5. Maksimoviç, 19. Tete, 55 – Beltran, 20. Facoli, 23.
Fiorentina: Terraçano, Komutso, Ranyeri, Moreno, Dodo, Qosens, Riçardson (Kataldi, 59), Mandraqora, Facoli (Parizi, 76), Beltran (Qudmundsson, 76), Ken.

Borats (Bosniya və Hers.) – Rapid (Avstriya) 1:1
Vukoviç, 90+2-p. – Belyo, 34.
Rapid: Hedl, Ro-Yao, Svetkoviç, Auer (Şeller, 46), Bolla (Osvald, 74), Qrqiç (Borkyaye, 74), Sanqare, Vurmbrand (Bişof, 86), Şaub, Raduloviç (Zaydl, 58), Belyo.

Molde (Norveç) – Legiya (Polşa) 3:2
Hestad, 11. Eriksen, 17. Qulbrandsen, 43 – Hodına, 64. Lukinyas, 67.
Legiya: Kovaçeviç, Ruben Vinaqre, Kapuadi, Zelkovski (Pankov, 61), Vşolek, Oyedele (Auqustınyak, 61), Kapustka (Elitim, 75), Biçaxçyan (Lukinyas, 66), Qonsalveş (Pekhart, 75), Xodına, Qual.

Pafos (Cənubi Kipr) – Yurqorden (İsveç) 1:0
Tankoviç, 65.
Yurqorden: Nilsson, Une Larsson, Kosuqi, Tenho (Danielson, 74), Ştol, Qulliksen, Şüller (Svensson, 73), Oslund (Haarala, 73), Fallenius (Priske, 83), Nquen, Juqel (Finndell, 61).

Selye (Sloveniya) – Luqano (İsveçrə) 1:0
Svetlin, 23.
Luqano: Saipi, Haydari, May, Papadopulos, Valensuela (Dos Santos, 90+5), Qrqiç, Mahmud, Zanotti, Şteffen (Əl-Vafi, 90+5), Bottani (Siminyani, 80), Kutsias (Pşibılko, 62).

Yagelloniya (Polşa) – Serkl Brügge (Belçika) 3:0
Pululu, 69-p.; 78. Romançuk, 75.
Yagelloniya: Abramoviç, Braqansa Moutinyo, Eboss, Skşipçak, Voytuşek (Stoinoviç, 11), Kubitski (Tomaş Silva, 85), Flak (Romançuk, 61), Vilyar (Petuşevski, 85), Çurlinov (Hansen, 62), İmas, Pululu.

Cavab oyunları bu gün keçiriləcək.

Bombardirlər: Pululu (Yagelloniya) - 8, Qiyu (Çelsi) - 6, Kenni (Şemrok Rovers), Nkunku (Çelsi), Pantoviç (TSÇ), Pyontek (İstanbul BŞ) - 5.

Seçilən
13
football-plus.az

1Mənbələr