AZ

Rusiya onlarla pilotsuz təyyarənin hücumuna məruz qalıb, bir neçə rayonda obyektlər yanır - VİDEO

Rusiya martın 13-də gecə və səhər saatarında kütləvi dron hücumlarına məruz qalıb.

“AzPolitika” xəbər verir ki, 7 bölgədə pilotsuz təyyarələrin hücumu barədə məlumat verilib. Rusiya Müdafiə Nazirliyinin açıqlmasına görə, 77 PUA ilə Rusiya şəhərləri hədəfə alınıb.

Məlumatda 30 PUA-nın Bryansk, 25-nin Kaluqa, 6-sının Kursk, 6-sının Voronej, 5-nin Rostov, 5-nin Belqorod vilayəti üzərində vurulduğu bildirilib.

Voronej vilayətinin qubernatoru bildirib ki, bölgədə iki infrastruktur obyektinə hücum edilib, onlardan biri alovlanıb.

Rostov vilayətinin qubernatoru Şoloxov rayonunun Kalininski kəndində pilotsuz təyyarənin hücumundan sonra sənaye obyektində baş vermiş yanğın barədə məlumat verib:“İlkin məlumatlara görə, obyektin şəxsi heyəti arasında itki yoxdur. PUA-nın qəzaya uğradığı yerdə baş verən yanğın söndürülüb. Yaxınlıqda yerləşən sənaye obyektinə ziyan dəyməyib”.

Kaluqa vilayətinin qubernatoru Dzerjinski rayonunda sənaye müəssisəsinin texniki binasının da PUA-lardan birinin düşməsi nəticəsində alov aldığı bildirilib.

Bundan əlavə, bildirilir ki, martın 13-də səhər saatlarında pilotsuz təyyarə Saratov vilayətinin Petrovski rayonunda müəssisəyə hücum edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, PUA-nın hücumu qeyri-yaşayış binalarına ziyan vurub.

“AzPolitika.info”

Seçilən
4
azpolitika.info

1Mənbələr