Qlobal Bakı Forumu vacib məsələləri müzakirə etmək üçün əla fürsət yaradır.
Day.Az xəbər verir ki, bunu XQlobal Bakı Forumu çərçivəsində bunu jurnalistlərə verdiyi açıqlamada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç deyib.
"Bunu qeyd etmək son dərəcə vacibdir ki, dünyadakı qeyri-sabitliyi və çoxsaylı neqativ hadisələri nəzərə almaqla biz bu çağırışları imkanlara çevirməyin gerçək yolları barədə danışa bilərik. Bu eyni zamanda burada iştirak edən hər bir ölkə nümayəndəsi üçün dövlətlərinin üzləşdiyi problemlər haqda danışmaları baxımından yaxşı fürsətdir", -deyə o bildirib.
Onun sözlərinə görə, bugün Bosniya və Herzeqovinada dramatik hadisələr baş verməkdədir.
"Əslində, mən bunu ilk növbədə Prezident İlham Əliyevlə, eləcə də forumun bütün iştirakçıları ilə bölüşmək istəyirdim. Çünki bu tədbir təkcə təcrübə bölüşmək üçün deyil, həm də narahatlıqları ifadə etmək üçün hər zaman əla bir imkan yaradır. Bu gün mən Bosniya və Herseqovinadakı vəziyyətlə bağlı narahatlıqlarımı bölüşdüm", - deyə Jelka Sviyanoviç əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.