AZ

Tandelyan erməniləri BMT ofisinin qarşısına çağırdı:Bakıya qarşı aksiyaya... 

Ermənilər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşları və xüsusən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesini baykot etmək üçün yeni qapılar axtarır.


Adalet.az xəbər verir ki, Ermənistanın eks deputatı Mane Tandilyan öz sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımında BMT ofisinin qarşısında Bakı Hərbi Məhkəməsində cinayət işlərinə baxar ermənilərin müdafiəsi üçün aksiya keçirmək üçün müraciət edib: Hörmətli həmvətənlər, əziz dostlar,
Bakıda soydaşlarımız uğrunda mübarizə davam edir. 
ZAMAN - Cümə, 13:00
HARADA - BMT-nin İrəvan ofisinin qarşısında NİYƏ? - BMT
nümayəndələrinin Bakıda saxlanılan məhbuslarımıza baş çəkmələrini və saxta məhkəmə prosesində iştirakını tələb etmək".
Xatırladaq ki, ermənilərin, xüsusən, xaricdə geniş fəaliyyət göstərən erməni lobbisinin tələbi ilə ötən gün- martın 12-də Strasburqda Avropa Parlamentinin plenar iclası çərçivəsində Bakıda hərbi cinayətlərdə ittiham edilən və məhkəmə prosesi keçirilən Ermənistan vətəndaşları ilə bağlı müzakirə aparılıb. Müzakirələrin yekun nəticələri bu gün ictimaiyyətə açıqlanacaq.
Sonda onu da qeyd edək ki, eks deputat Mane əslində tipik erməni olduğu üçün separatizm və revanşistdir. Hətta 2020-ci ildə qondarma artsaxın sosial və mənzil məsələləri naziri olub.
O hələ Ermənistan deputatı ikən, - sentyabr 2017 -ci ildə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyanla birgə Bakıda səfərdə olublar və sentyabrın 22-də Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının iclasında iştirak etdilər. Bakıda ən lüks oteldə qaldığına və ən yüksək səviyyədə qarşılandığına baxmayaraq ölkəsinə dönəndən sonra Azərbaycanı və azərbaycanlıları tənqid və təhqir etmişdi.

 Æntiqə Rəşid

Seçilən
7
adalet.az

1Mənbələr