AZ

Sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir -Hikmət Hacıyev

Regionda sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir.

 

Sfera.az "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə müharibə cinayətləri və digər əməllər yaddan çıxası faktlar deyil:

 

"Cənab Prezidentin bugünki çıxışında da qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də davam etməkdədir. Ona görə də Ermənistan konstitusiyasında dəyişilməli olan məqamlar var. Bu da nəticə etibarilə regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Çünki dövlətlərarası münasibətlərdə münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil".

Seçilən
9
4
sfera.az

7Mənbələr