Bakı, 13 mart, AZƏRTAC
İspaniya millisinin futbolçusu Serxio Ramos Meksikanın "Monterrey" klubunun heyətində növbəti qolunu vurub.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı müdafiəçi ötən gecə KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində doğma meydanda Kanada təmsilçisi “Vankuver”lə keçirilmiş cavab matçında fərqlənib. O penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla da təcrübəli oyunçu komandasının ardıcıl üç görüşündə rəqib qapılarına yol tapmağı bacarıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Səfərdəki ilk oyunda 1:1 hesabı qeydə alındığından, Meksika klubu səfər qolu qaydasına əsasən, turnirdə mübarizəni dayandırıb.