Sizin yerli Avropa bankınız – “AccessBank” müştərilərinə sərfəli və etibarlı qazanc imkanı yaradır. Yenilənmiş depozit təklifi ilə indi həm yüksək gəlir, həm də əlavə bonuslar qazana bilərsiniz.
İndi “AccessBank”da müddətli depozit yerləşdirən müştərilər 12 faizədək gəlir əldə etməklə yanaşı, əlavə üstünlüklərdən də yararlana bilərlər. 100 min manat və daha çox məbləğdə əmanət yerləşdirənlər illik 12 faizədək gəlir, əlavə 0,25 faiz bonus fürsəti qazanırlar.
Qeyd edək ki, +0,25 faiz bonus yalnız 12-24 aylıq müddətli və faizlərin müddətin sonunda götürülməsi şərti ilə açılan əmanətlər üçün keçərlidir.
“AccessBank”da depozit yerləşdirməyin bir sıra üstünlükləri var: beynəlxalq səhmdarları olan etibarlı yerli Avropa bankının müştərisi olursunuz, rəqabətqabiliyyətli faiz dərəcələri ilə sərfəli gəlir əldə edirsiniz, Əmanətlərin Sığortalanması Fondu tərəfindən depozitləriniz qorunur.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.