AZ

Sarkisyana qarşı SENSASİON İTTİHAMLAR – Sabiq prezidentin ağır cinayətləri ÜZƏ ÇIXDI 

  Martın 12-də məlum olub ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.

O, İrəvandakı Yerablur hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı işində külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

“Hraparak”ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün bu ərazidə Çin diplomatik missiyası yerləşir.

Nəşr onu da vurğulayır ki, bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki hazırda rəsmi Pekinin adı səs-küylü cinayət işində hallanır./bizim.media

Seçilən
1
1
referans.az

6Mənbələr