AZ

Hikmət Hacıyev çağırış etdi

Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir.Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir.Prezidentin köməkçisi bununla bağlı təcrübəni xatırladıb və əlavə edib ki, İrlandiya konstitusiyasına dəyişiklik etməyi və Böyük Britaniyanın Şimali İrlandiya üzərində tam suverenliyini tanımağı öhdəsinə götürüb.Eyni zamanda, o bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb.“Regionda tam əhatəli sülhün təmin olunması üçün bu da bir şərtdir. Bu gün Minsk qrupuna da heç bir ehtiyac yoxdur. Kimsə Minsk qrupunu dirçəltmək istəyirsə, bu, utopiyadır. Ermənistan Minsk Qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq”.Firuzə

Firuzə Vahid

Seçilən
3
10
metbuat.az

10Mənbələr