AZ

Suriyada nə baş verir?

Suriyada

Suriya keçmiş prezidenti Bəşar Əsədin tərəfdarları Latakiya vilayətindəki hərbi hissəyə hücum etməyə cəhd ediblər.“Ulusum”.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi, ölkənin yeni hakimiyyətinə tabe olan Müdafiə Nazirliyinin mənbəyinə istinadən məlumat yayıb.Mənbənin məlumatına görə, qarşıdurma hərbi obyektin ərazisinə girişdə baş verib. Keşikçilər hücumu dəf edib və dörd hücumçunu saxlayıblar.Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs vilayətlərində, yeni suriya rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə loyal olan birləşmələr arasında toqquşmalar başlayıb. Ən intensiv döyüşlər Əsədin ailəsinin mənşəyi olan və alavitlərin çoxluq təşkil etdiyi Cəbla şəhərində baş verib.Rəxşəndə İkramlı

Diqqət Çəkənlər

Mixail Saakaşvilinin cəzası bəlli oldu

Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı

Minnəttdarlıq Günlüyü: Həyatınızı Dəyişdirin

Seçilən
3
ulusum.az

1Mənbələr