AZ

Rusiya MN Sudja şəhərinə nəzarətin tam bərpa edildiyini açıqlayıb - VİDEO - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin Sudja şəhərindən ilk görüntüləri yayıb.

13:09

Rusiya Kursk vilayətinin Sudja şəhərinə nəzarəti tam bərpa edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Sudja azad edilib".

Qeyd edək ki, ötən ilin avqust ayından Ukrayna ordusunun nəzarətinə keçən Kursk vilayətinin Sudja şəhəri uğrunda son bir neçə həftə ərzində qızğın döyüşlər gedib. Rusiya ordusunun qaz boru kəmərinin içi ilə həyata keçirdiyi "Potok" əməliyyatı nəticəsində Sudjaya nəzarət bərpa edilib. Martın 12-də Rusiya prezidenti Vladimir Putin uğurlu əməliyyatla bağlı Kursk vilayətinə səfər edib. Bu, Putinin Ukrayna Silahlı Qüvvələrinin regiona hücumundan sonra Kursk vilayətinə ilk səfəri olub. Rusiya prezidenti komanda məntəqəsində hərbi geyimdə müşavirə keçirib. Baş Qərargah rəisi Valeri Gerasimov Putinə məruzə edərək ərazinin 86%-nin azad edildiyini bildirib.

Seçilən
8
2
apa.az

3Mənbələr