AZ

Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martın 13-də Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin davam edən məhkəmə prosesində Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş "Şuşi" xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.
Oxu.Az xəbər verir ki, D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: "O, "Qərbi Ermənistan"dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi".
D.Manukyan Qarabağda Azərbaycana qarşı vuruşmuş "Daşnak" adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib. "Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi", - deyə o əlavə edib.
Seçilən
22
28
oxu.az

10Mənbələr