“Biz konkret layihələrlə müxtəlif regionları birləşdiririk”.
Adalet.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib
Prezidentin köməkçisi bildirib ki, biz həmfikir olan ölkələri birləşdirməyə çalışırıq: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli konfliktlərin həlli üçün nümunədir. Bəzən erməni həmkarlar deyir ki, Azərbaycan Ermənistanın müstəqilliyini təyin edib, çünki işğal siyasəti onların müstəqilliyi üçün təhdid idi. Bəzi hadisələr indi Yaxın Şərqdə baş verir. Azərbaycan coğrafi baxımdan Yaxın Şərqə yaxın ölkədir. Bu reallıqları nəzərə alaraq xaric siyasətimizin prioritetində Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə çalışırıq. Həmçinin Türkiyə, TDT bu bölgədə yeni reallıqdır. Bizdə resurslar var. Həmçinin Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq münasibətlərinin nümunəsidir. Bu Ermənistan üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir. Bazar böyükdür, iki böyük iqtisadi güc də dənizin qütblərindədir. Azərbaycanın çoxtərəfli siyasəti bununla da bitmir. Azərbaycanın enerji konsepsiyasi vasitəsilə çalışır ki, 3-4 dənizi birləşdirsin. Azərbaycanın enerji layihələri artıq Adriatik dəniz sahillərinə çatıb. Biz 4 dənizi yeni tərəfdaşlıqda birləşdiririk. Balkanlarla aramızda məsafə çoxdur, amma çoxtərəfli inkişafla biz yeni reallıqlar yaradırıq”.