AZ

Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq"- VİDEO

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində yaşayan 500-ə yaxın sakin yollarının bərbad olmasından şikayətlənir.

Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur.

"Şəhərdən məhəllənin başına kimi 5 manata gəlirik. Sürücülər yolu görəndən sonra 3 manat da əlavə istəyirlər. Şəhərə gedəndə üst-başımız palçıq olur. Görün nə vəziyyətdəyik, belə yaşayış olmaz. Gərək araba alaq", - deyə sakin narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Seçilən
1
1
avtosfer.az

2Mənbələr