1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin "Haber Global" televiziya kanalında Suriyanın keçid hökuməti ilə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan razılıq sənədi müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, verilişə dəvət edilən ekspert Mete Sohtaoğlu xatırladıb ki, hələ 2018-ci ildə, yəni Bəşər Əsəd iqtidarda olarkən SDQ ilə Dəməşq arasında eyni məzmunda sənəd imzalanmışdı.
"İzləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, martın 10-da imzalanan sənədin ərəbcə mətni ilə yeddi il əvvəl hazırlanan sənəd arasındakı fərq ancaq onu imzalayan şəxslərin adlarının fərqli olmasından ibarətdir. İmzalanan və səkkiz bənddən ibarət sənədin heç bir yerində YPG-nin tərksilah ediləcəyi, yaxud həmin bölgənin Suriya ordusunun nəzarətinə keçəcəyini nəzərdə tutan bir cümlə belə yoxdur", - deyə Mete Sohtaoğlu qeyd edib.
Ekspert vurğulayıb ki, sözügedən razılıq sənədi Suriyanın keçid hökumətinə ABŞ, Fransa və Britaniyanın diktəsi ilə imzalatdırılıb.