Bakı. Trend:
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerintəkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıldaşınmasının aşkarlanması və qarşısının alınması istiqamətindətədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regionalqrupundan Trend-ə verilən məlumata görə, tədbirlərlə Balakənçayçayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyatakeçirən 6 nəfər müəyyən olunub.
Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibatiXətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərəkaidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlərİdarəsinə göndərilib.