AZ

Rusiya atəşkəs şərtlərini ABŞ-a təqdim edib

Rusiya ABŞ-a Ukraynada hərbi əməliyyatları dayandırmaq və münasibətləri bərpa etmək üçün şərtlərin siyahısını təqdim edib.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bu siyahıya konkret olaraq nəyin daxil edildiyini açıqlanmasa da, Rusiyanın şərtlərinin Ukrayna, ABŞ və NATO-ya əvvəllər irəli sürülən şərtlərlə eyni olduğunu vurğulanır. Onların arasında Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və alyansı genişləndirməməsi, xarici qoşunların yerləşdirilməməsi, Krımın və dörd yeni vilayətin Rusiyanın tərkibində tanınması olub.
Xatırladaq ki, atəşkəs məsələsi martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) Amerika və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra qaldırılıb.

Nəticədə Kiyev 30 günlük atəşkəs rejiminin uzadılması ehtimalı ilə razılaşıb. Bundan sonra Amerika hakimiyyəti bəyan edib ki, indi “top Rusiyanın meydançasındadır”. ABŞ prezidenti Donald Tramp Kremlin dərhal atəşkəs razılaşmasını gözlədiyini bildirib. Ağ Ev rəhbəri təklifi müzakirə etmək üçün Amerika administrasiyasının nümayəndələrinin Rusiyaya səfər edəcəyini də açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
1
editor.az

2Mənbələr