AZ

Böyük Britaniya Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasında maraqlı deyil

Britaniya Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasına, eləcə də Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara xələl gətirməkdə maraqlıdır.

Bu baxımdan London Baltikyanı regionda vəziyyətin gərginləşməsinə təhrik edir.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Rusiya Dəniz Şurasının sədri Nikolay Patruşev bildirib. “Şimali Atlantika Alyansı ənənəvi olaraq dövlətlərarası münasibətlərin əsas aləti kimi təhdidlərdən istifadə edib. “NATO-nun Avropa qanadı Moskva və Vaşinqton arasında dialoqun bərpasına məhəl qoymayaraq, Baltik regionunda Rusiyanı bloklamaq siyasətini davam etdirir”, – deyə Patruşev “Milli Müdafiə” jurnalına müsahibəsində bildirib. Prezidentin köməkçisinin sözlərinə görə, Avropa NATO ölkələrinin dəniz qüvvələri Baltik regionunda gərginliyi bilərəkdən artırır.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr