AZ

Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs üçün yeni plan təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Misir İsrailə və Fələstinin HƏMAS hərəkatına Qəzza sektorunda nizamlanma üzrə yeni təkliflərini təqdim edib. Sənəd 60 günlük atəşkəs, qalan İsrail girovlarının azad edilməsi və müharibənin dayandırılması üzrə danışıqların başlanmasını əhatə edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The National" nəşri mənbələrə istinadən bildirib.
Bildirilir ki, HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası ümidverici olub, lakin İsrail hakimiyyəti hələlik təklifləri öyrənir.
Martın 10-da İsrail öz nümayəndə heyətini Qətərə göndərib ki, vasitəçilərlə Misir planını müzakirə etsin. Mənbədən bildirilir ki, Misir vasitəçiləri bundan əvvəl təklifin detallarını HƏMAS-ın yüksək rütbəli nümayəndələri ilə - hərəkatın Siyasi Bürosunun sədr müavini Xəlil əl-Hayyə, Şura İttifaqının (hərəkatın məşvərətçi orqanı - red.) sədri Muhəmməd Dərviş və İordan çayının Qərb sahilindəki özəyin lideri Zahir Cabarinlə müzakirə ediblər.
"Misirin planı əsas bəndləri amerikalılarla razılaşdırılmış yeni "yol xəritəsi"dir. Bu plan martın 1-dən Qəzzada atəşkəs rejiminin müddəti başa çatandan bəri içində olduğumuz dalandan çıxış yolu kimi düşünülüb", - deyə mənbələrdən biri bildirib.
Misirin təkliflərinə görə, atəşkəsin yeni mərhələsi 10 girovun, o cümlədən Fələstin anklavında saxlanılan beş ABŞ vətəndaşının hamısının və ya bəzilərinin azad edilməsi ilə başlayacaq. Mənbələr dəqiqləşdirir ki, onların azad edilməsi mərhələli olmalıdır. Hər mərhələ çərçivəsində İsrail müəyyən sayda fələstinli məhbusu azad edəcək. Nəşrin məlumatına görə, ilk dalğaya Fələstin qruplaşmalarının yüksək rütbəli nümayəndələri daxil ola bilər.
Həmçinin Qəzza sektoruna humanitar yardım, yanacaq və ilkin tələbat mallarının çatdırılmasına İsrail qadağasının ləğv edilməsi də təklif olunur. Bundan əlavə, danışıqlar uğurlu olduğu təqdirdə, İsrail qoşunlarının Qəzza sektorundan tam çıxarılması və daimi atəşkəs rejiminin qurulması da müzakirə edilə bilər.
Martın 1-də Qəzzada atəşkəs haqqında sazişin birinci mərhələsi başa çatıb. Bu müddətdə İsrailə 33 girov, o cümlədən həlak olanlar qaytarılıb. Əvəzində İsrail həbsxanalardan 1.5 mindən çox fələstinlini azad edib. Növbəti gün İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımın dayandırılması və bütün nəzarət-buraxılış məntəqələrinin bağlanması barədə bəyanat verib. İsrail tərəfi bunu HƏMAS-ın ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun atəşkəsin uzadılması planını qəbul etməməsi ilə izah edib.
Seçilən
5
1
oxu.az

2Mənbələr