AZ

Pakistanda qaçırılan qatarda olan bütün girovlar azad edilib

Pakistanın cənub-qərbində Bəlucistan Azadlıq Ordusu tərəfindən qaçırılan qatardan xilas edilən 400-dən çox insan Kvetta şəhərinə gəlib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

KİV-in məlumatına görə, xilasetmə əməliyyatı zamanı 21 girov və 4 təhlükəsizlik əməkdaşı həlak olub.Hazırda Bəlucistan əyalətinin inzibati mərkəzi olan Kvettadakı dəmir yolu vağzalına gələn xəsarət alanlara və xilasedicilərə tibbi yardım göstərilir.

Pakistanın baş naziri Şahbaz Şərifin martın 13-də əyalətə səfər edəcəyi bildirilir. O, hücumu “zəiflik aktı” adlandırıb və bildirib ki, bu cür hərəkətlər Pakistanın sülhə nail olmaq əzmini sarsıtmayacaq.Silahlı qrup martın 11-də Bəlucistan əyalətinin ucqar bölgəsində dağlarla əhatə olunmuş tunelin yaxınlığında qatara hücum edib. Qrupun döyüşçüləri dəmiryol xəttini partladıb və Kvettadan Pişəvərə gedən qatara atəş açıblar.

Bundan əlavə, onlar altı pakistanlı əsgəri öldürdülər və yaraqlıların Pakistan hərbçiləri tərəfindən oğurlandığını iddia etdikləri Bəluc siyasi məhbusları, fəalları və itkin düşmüş şəxslərin 48 saat ərzində azad edilmədiyi təqdirdə girovları öldürəcəklərini vəd etdilər. Bəlucistan Azadlıq Ordusu Pakistan hökumətinə qarşı döyüşən bir neçə etnik silahlı qruplaşmanın ən böyüyüdür. Bu qruplar Bəlucistanın Pakistandan ayrılmasını istəyirlər. Onlar dəfələrlə hökumət rəsmilərinə, hərbçilərə və Çinə bağlı bizneslərə hücum edərək orada işlənən resurslardan pay tələb ediblər.

Seçilən
23
veteninfo.az

1Mənbələr