AZ

Vladimir Putinin bu gün Ukrayna ilə bağlı danışa bilər

Vladimir Putinin bu gün, martın 13-də keçiriləcək mətbuat konfransında Ukrayna ilə bağlı danışacağını istisna etməyib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Hər şey jurnalistlərin suallarından asılı olacaq”, – Kreml sözçüsü, ABŞ-ın son təşəbbüslərini nəzərə alaraq, Rusiya prezidentinin tədbir zamanı Ukrayna məsələsini qaldırıb-qaldırmayacağı ilə bağlı suala cavab verib.

Qeyd edək ki, bu gün Rusiya və Belarus prezidentləri bu gün münasibətlərin inkişafı və strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər. İttifaq dövləti çərçivəsində əməkdaşlıq perspektivləri də danışıqların mövzusu olacaq.
Martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra Ukrayna ABŞ-ın uzadılma ehtimalı ilə 30 günlük atəşkəs təklifini qəbul edib.

Vaşinqton bu təklifi “müxtəlif kanallar” vasitəsilə Moskvaya çatdıracağına söz verib. ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə də ərazi güzəştlərinin müzakirə edildiyini bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr