"Avropanın hərbiləşdirmə planı müharibəni qızışdırmağa yönəlib".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Aİ ölkələri hipertrofik sürətlə hərbiləşir, iqtisadiyyatları isə normal fəaliyyət göstərmək qabiliyyətini itirir.
"Tarixdə buna həmişə müharibə provokasiyası deyilirdi", - Zaxarova əlavə edib.
Gülayə Mecid